Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul edib


Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Neftçala şəhərində vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Oxşar xəbərlər

Rəşad Nəbiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Bərdə şəhərində vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər