sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul edəcək
Noyabrın 7-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərini qəbul edəcək.
"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula noyabrın 6-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Oxşar xəbərlər
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













