Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək


Azərkosmos İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (ICESCO) birgə ilk dəfə ölkəmizdə “Kosmik tibbin əsasları” mövzusunda beynəlxalq təlim keçirəcək.

Azərbaycan Respublikasının Kosmik Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, təlimdə Azərbaycan Hərbi Cərrahiyyə Cəmiyyətinin və ABŞ-nin tibb, fizika və kosmos sahəsi üzrə ixtisaslaşmış professorları iştirak edəcəklər.

Bu unikal təlim iştirakçılara kosmik tibbin əsasları, mikroqravitasiyaya uyğunlaşma, kosmosda tibbi monitorinq, teletibb, psixoloji yanaşmalar və təlimlər, ürək-damar adaptasiyası, skelet sistemləri, əzələ və sümük quruluşu, görmə dəyişiklikləri, nevroloji dəyişikliklər və digər mövzular üzrə dərin biliklər təqdim edəcək.

Təlim Azərbaycanda akkreditə olunub və beynəlxalq səviyyədə kosmik tibb üzrə sertifikatlaşdırılıb.

Təlim 19-21 dekabr 2024-cü il tarixində Azərbaycan İdman Akademiyasında keçiriləcək.

Təlimə qatılmaq üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Son qeydiyyat tarixi: 22 noyabr 2024-cü il

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Qeyd edək ki, kosmik tibb kosmosda və mikroqravitasiya şəraitində insan sağlamlığını və fiziologiyasını öyrənən çoxşaxəli bir sahədir. Bu sahə astronavtların və kosmosda fəaliyyət göstərən mütəxəssislərin sağlamlığını qorumaq, onların tibbi ehtiyaclarını qarşılamaq və kosmosun insan orqanizminə təsirini anlamaq məqsədini daşıyır.

Oxşar xəbərlər

"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
Şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzinə səfər ediblər
Kosmik hava durumu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle