Durov “Telegram”da 10 yeni funksiyanın işə salınacağını açıqlayıb
“Telegram”da tezliklə hədiyyələr və heşteqlərə aid olan, həmçinin mesajların redaktəsi zamanı yeni imkanlar yaradan 10 yeni funksiya əlavə olunacaq.
“Report” xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov öz kanalında bildirib.
“Bu yenilənmələrə hədiyyələrdə beş təkmilləşdirmə, heşteqlərdə üç yenilik, mesaj göndərildikdən sonra ona multimedia materialları əlavə etmək imkanı və mesajın redaktə vaxtını görmək imkanı daxildir”, – o, öz bloqunda yazıb.
Durov həmçinin öz komandasının operativliyini qeyd edib ki, onlar bir gün ərzində onun təklif etdiyi yenilənmələrin maketlərini hazırlaya biliblər.
“Təəccüblü deyil ki, “Telegram” komandası bu gün əksər mesajlaşma tətbiqlərinin necə işlədiyini formalaşdırıb və demək olar ki, kommunikasiya sahəsindəki bütün innovasiyalara öz töhfəsini verib”, – o vurğulayıb.
Oxşar xəbərlər
Pavel Durov Paris məhkəməsinə gətirilib
Pavel Durov məhkəməyə gətirilib
Pavel Durov azad edilib
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb
"Telegram"ın təsisçisi Fransada saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
DÇ-2026: Fil Dişi Sahili 3 xal qazanıb
-
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
