Elnur Əliyev: “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi artıq hökumətə təqdim olunub”
“İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin dövlət qurumları ilə razılaşdırılması başa çatıb və layihə artıq hökumətə təqdim olunub.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, həmçinin rəqəmsal iqtisadiyyat strategiyasının dövlət qurumları ilə razılıq mərhələsi yekunlaşıb və tezliklə yekun variantın hökumətə təqdim edilməsi nəzərdə tutulur.
Azərbaycanda texniki təmayüllü mühəndislik sahələrinə marağın artdığını diqqətə çatdıran nazir müavini qeyd edib ki, hər il bu artım dinamikası müşahidə edilir: “İnsanların işlə təminat səviyyəsi yüksəkdir. Bundan əlavə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın hansı sektorlarına dövlət dəstəyinin olacağı da artıq müəyyənləşib. Bununla bağlı müvafiq dövlət proqramları var. Həmin sahələr üzrə mövcud ali təhsil müəssisələrində biliklərin verilməsi metodologiyasının dərinləşdirilməsinə ehtiyac görürük”.
Oxşar xəbərlər
Elnur Əliyev: "Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir"
Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb
Elnur Məmmədov 5-ci Xəzər Biznes Forumunda Azərbaycanın COP29-a hazırlığı barədə danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
DÇ-2026: Fil Dişi Sahili 3 xal qazanıb
-
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
