BMT-də Yeni Dünyanın Konvensiyası hazırlanır
sizinxeber.az xəbər saytı

BMT-də Yeni Dünyanın Konvensiyası hazırlanır


Hazırda BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilir.

"Report" xəbər verir ki, ümumi cinayətkarlıqda kibercinayətlərin payının artması və digər cinayətlərin də bu və ya digər formada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi fonunda dünya birliyinin yaranmış zərurətdən hazırladığı yeni Konvensiya ictimai münasibətləri geniş sferada əhatə edəcəkdir.

BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu, Azərbaycan Respublikasının da fəal iştirak etdiyi və 3 ildir davam edən bu prosesin son sessiyasında (29 iyul - 09 avqust) bir sıra dövlətlərin nümayəndə heyətlərinin ciddi fikir ayrılıqları səbəbindən yekun layihənin qəbulunda çətinliklər yaranıb.

Belə ki, yekun iclasda ölkələrin nümayəndə heyətləri tərəfindən Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan minimum üzvlük sayı, texniki yardım üzrə əməkdaşlıq və digər mövzular barədə məsələlərə dair, hətta beynəlxalq müqavilənin yekun adı ilə bağlı kəskin ziddiyyətli mövqelər irəli sürülməkdədir.

Yekun Konvensiya layihəsi qəbul olunarsa və BMT-yə üzv dövlətlər tərəfindən ratifikasiya olunarsa müasir dövrün və rəqəmsallaşan dünyanın ən aktual və praktik sənədi olacağı gözlənilir.

Oxşar xəbərlər

BMT-də kibercinayətlərə və İKT-dən cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizəyə dair Konvensiyanın hazırlanması üzrə yekun iclas keçirilir
İlham Əliyevin adından video müraciət yayıldı - Çağırış
TƏBİB-in yeni kommunikasiya strategiyası hazırlanır
Arayik Arutyunyanı hansı cəza gözləyir? - Komitə üzvü AÇIQLADI
Rusiya və Ermənistan operativ kommunikasiya kanalları yaradıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle