"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" ölkə Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - "Təmiz Şəhər" ASC informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürüb. Qurum İT sistemlərini "AzInTelecom" MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. "AzInTelecom" quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) xidmətləri təqdim edib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
"Hökumət buludu" layihəsini AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC icra edir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.
"AzInTelecom" "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Oxşar xəbərlər
“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb
“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb
KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub
