Azərbaycanda biznes ehtiyacları ilə bağlı vahid süni intellekt platforması yaradılır
sizinxeber.az xəbər saytı

Azərbaycanda biznes ehtiyacları ilə bağlı vahid süni intellekt platforması yaradılır


Azərbaycanda süni intellekt ekosisteminin inkişafını sürətləndirmək məqsədilə “Datarace.ai” platforması istifadəyə verilir.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Milli Süni İntellekt Mərkəzindən bildirilib.

Qeyd edilib ki, mərkəz yaxın zamanda Datarace.ai real datasetlər (məlumat topluları), süni intellekt üzrə istedadlar və biznes ehtiyaclarını vahid mühitdə birləşdirən süni intellekt üzrə yarış platformasını istifadəyə verəcək. Platforma “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində icra edilir və ekosistemə üç əsas istiqamətdə dəstək verəcək: real datasetlərə çıxışın genişləndirilməsi, akademik biliklərin praktikada tətbiqinin gücləndirilməsi və istedadların sistemli şəkildə aşkarlanması üçün mexanizmlərin yaradılması.

“Datarace.ai” şirkətlərin biznes problemləri əsasında süni intellekt həllərinin hazırlanması üçün rəqabətli mühit təqdim edəcək. İştirakçılar təqdim olunan məlumatlar üzərində işləyərək müxtəlif həllər hazırlayacaq, bizneslər isə nəticələri müqayisə edib uyğun həlləri və mütəxəssisləri müəyyənləşdirəcək.

Platforma maliyyə, nəqliyyat, energetika, səhiyyə və telekommunikasiya kimi prioritet sahələr üzrə süni intellekt həllərinin tətbiqini genişləndirəcək və ölkənin innovasiya potensialını gücləndirəcək.

Oxşar xəbərlər

Azərbaycanda süni intellekt strategiyası çərçivəsində 15 layihə icra ediləcək
Baş nazir: Azərbaycanın süni intellekt strategiyası hazırlanır
Sədr müavini: AMB Data və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir
OpenAI süni intellekt sahəsində Pentaqonla əməkdaşlıq edə bilər
Süni İntellekt sahəsində yeni dövlət standartı qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər