"AHK Azerbaijan"ın rəhbəri: Cənubi Qafqaz data mərkəzləri yaradılması üçün böyük potensiala malikdir
sizinxeber.az xəbər saytı

"AHK Azerbaijan"ın rəhbəri: Cənubi Qafqaz data mərkəzləri yaradılması üçün böyük potensiala malikdir


Alman biznesi Cənubi Qafqazda data mərkəzlərinin yaradılması üçün əhəmiyyətli potensialın olduğunu düşünür.

"Sizinxeber.az" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") icraçı direktoru Narqis Vik (Nargis Wieck) onlayn keçirilən "Orta Dəhliz: Azərbaycan və Qazaxıstanda biznes imkanları" vebinarında bildirib.

"ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərindən (2026-cı ilin fevralında - red.) sonra burada data mərkəzləri mövzusu hər kəsin dilindədir. Deməliyəm ki, əgər biz data mərkəzlərinin tikintisi və infrastrukturun yaradılmasından danışırıqsa, bütün bunlar hələ ki, başlanğıc mərhələdədir. Sözsüz ki, biz bu regionda data mərkəzlərinin yaradılması üçün böyük potensial görürük. Eyni zamanda, su ehtiyatlarının idarə edilməsi ilə bağlı hələ bir çox məsələlər həll olunmalıdır. Və baxmayaraq ki, Azərbaycanda əhəmiyyətli enerji gücləri var, belə obyektlərin soyudulması üçün zəruri olan su ehtiyatları məsələsi aktual olaraq qalır", - N. Vik vurğulayıb.

Oxşar xəbərlər

Nərgiz Vik: "Almaniya maliyyə institutları Azərbaycandakı layihələrə investisiya yatırmağa hazırdır"
Zakir Fərəcov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru ilə görüşüb
Azərbaycan Beyin Mərkəzləri Platformasının təqdimatı olub
Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır"
Palata: Azərbaycan perspektivli biznes imkanları təqdim edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər