Aqil Qurbanov "SAHA 2026"da xarici şirkət rəhbərləri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib
Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti "SAHA EXPO 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində xarici şirkət rəhbərləri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyəyə səfər çərçivəsində nazir müavini milli müdafiə naziri Yaşar Güler, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşüb.
Keçirilən görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti sərgidə dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsalı olan hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlara aid nümunələrlə tanış olub.
Baş direktor Almaniya, Sudan, Birləşmiş Krallıq, Vyetnam və İtaliya müdafiə nazirliklərini və hərbi sənayə komplekslərini təmsil edən nümayəndə heyətlərinin, eləcə də "ASELSAN", "Baykar", "Roketsan", "TUSAŞ" və "ARCA Savunma" şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC sərgidə Azərbaycanı stendlə təmsil edib.
Oxşar xəbərlər
Azərbaycan müdafiə nazirinin müavini “SAHA EXPO 2026” sərgisində iştirak edib
Aqil Qurbanov İstanbulda "SAHA 2026" sərgisində iştirak edir
Aqil Qurbanov "SAHA 2026"da stendlərlə tanış olub, görüşlər keçirib - YENİLƏNİB
“IDEF 2025”-də imzalanma mərasimi keçirilib
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
