Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ


Hava ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Fevralın 21-də Bakı və Abşeron yarımadasında gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.

Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.

Oxşar xəbərlər

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan qar yağacaq - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Temperatur mənfi 3 dərəcəyə düşəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sulu qar yağacaq, temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Havanın temperaturu 5-10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər