TƏBİB Ağdamda yol qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb - YENİLƏNİB-2
TƏBİB Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətini açıqlayıb.
Qurumdan "Sizinxeber.az"a verilən məlumata görə, Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:
"Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir".
Ağdamda baş verən yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.
"Sizinxeber.az"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, iki avtomobilin toqquşması zamanı Ağdərə rayonunun Kolatağ kənd sakini, 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Cəsarət Hacıyev vəfat edib.
Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
Oxşar xəbərlər
Ağdamda yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
Salyanda ağır qəza: yaralıların son vəziyyəti açıqlandı
Yevlaxda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB-2
Salyanda baş verən qəzada xəsarət alan beş nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
İmişlidə avtoqəzada xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
