

"Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı keçirilib
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, tədbir Mingəçevirdə gerçəkləşib.
Parada Azərbaycan təmsilçiləri ilə yanaşı Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan olan avarçəkənlər qatılıblar.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, aprelin 30-da Qarabağın dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Oxşar xəbərlər
“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək
“Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib
"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
