sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparılır
Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən “Kaspi Kids” uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb.
Oxşar xəbərlər
“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanılıb
Lənkəranda direktor şagirdi DÖYÜB?
Bakıda bağçada azyaşlıya şiddət göstərilməsi videosu ilə bağlı araşdırma başlayıb - VİDEO
DİN Lənkərandakı insidentlə bağlı açıqlama yayıb - YENİLƏNİB
Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
