

Türkiyədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Ankarada, Türkiyə Prezident Adminstrasiyasında 28 May - Azərbaycanın Müstəqillik Günü qeyd olunub.
“Sizinxeber.az”un Ankara bürosu xəbər verir ki, qəbulda hakimiyyət orqanlarının təmsilçiləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov, Türkiyənin rəsmi şəxləri - mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, vitse-prezident Cevdet Yılmaz, milli müdafiə nazirinin müavini Şuay Alpay, Silahlı Qüvvələrin nümayəndələri, millət vəkilləri, qardaş ölkədə akkreditasiya olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, yerli ictimaiyyətin tanınmış simaları, azərbaycanlılar iştirak ediblər.
Tədbirdə Türkiyə Prezident Rəcəb Tayyp Ərdoğanın təbrik məktubu oxunub. Məktubda Azərbaycan xalqı müstəqillik günü münasibətlə təbrik edib və belə bir tədbirin Ankarada qeyd olnmasından qürur duyduğun bildirib.
Mərasimin rəsmi hissəsində ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanın keçdiyi azadlıq yolundan danışıb. O bildirib ki, Azərbaycan bu gün tarixində heç vaxt olmadığı qədər güclü dövrünü yaşayır. Səfir çıxışında Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan və bu gün də davam edən güclü qardaşlıq bağlarına toxunub.
Mehmet Nuri Ersoy Azərbaycan və Türkiyənin Türk dünyasında əhəmiyyətindən bəhs edib: "Azərbaycanın müstəqillik günü qədim dövlət haqqının verilmə simvoldur".
Sonra Azərbaycanın müstəqillik günü ilə bağlı film nümayiş olunub.
Cevdet Yılmaz deyib ki, Azərbaycan Müstəqillik Günü olan 28 May bütün türk dünyasının ortaq qürurudur: “Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məmməd Əmin Rəsulzadən və Milli Şura üzvlərini minnətdarlıqla yad edirəm. Azərbaycan bayrağı hər zaman yüksəklərdə dalğalansın. Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq yan yana dalğalanan bayraqlarımız kimi güclərə qarşı birlikdə durmağa davam edəcək”.
Tədbirin bədii hissəsində Cemi Can Deliorman, Azərin, Gülyaz Məmmədova, Azər Zeynalov, Çinar Onur Öner, TRT-nin Ankara Radiosu Çoxsəsli Xorunun dirijoru Elnarə Kərimova Azərbaycan bəstəkarlarının musiqilərindən və xalq mahnılarımızdan ibarət müxtəlif ifalar səsləndiriblər.
Oxşar xəbərlər
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Ərdoğan: Türkiyə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyur
Ankarada 28 May - Müstəqillik Günü ilə əlaqədar “Can Azərbaycan” adlı proqram keçirilib
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub
Azərbaycan XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Moldova XİN: Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir
