“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanılıb
sizinxeber.az xəbər saytı

“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanılıb


Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Sizinxeber.az-ya verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

Oxşar xəbərlər

Lənkəranda direktorun şagirdi döyməsi ilə bağlı xəbərlərə aydınlıq gətirilib
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
Lənkəranda direktor şagirdi DÖYÜB?
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər