İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
10:00

İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

26 may, 2025
10:00
609

İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluq davam edir.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 24-də və 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".

Bizimlə əlaqə saxlayın