Azərbaycan badmintonçusu İndoneziyada bürünc medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan badmintonçusu İndoneziyada bürünc medal qazanıb


Azərbaycanın yeniyetmə badmintonçusu Əli Gözəlov İndoneziyada təşkil olunan beynəlxalq turnirdə bürünc medal qazanıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, "BLC Open" turnirində oğlanların qoşa yarışında üçüncü olub.

Yeniyetmə badmintonçu şəxsi yarışda isə 1/4 finala kimi irəliləyib.

Qeyd edək ki, Əli Gözəlov təhsilini İndoneziyada davam etdirir və buradakı təlim-məşq toplanışlarına qatılır.

Oxşar xəbərlər

Azərbaycan badmintonçusu Niderlandda gümüş medal qazanıb
Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb
Azərbaycan parabadmintonçusu İndoneziyada 2 medal qazanıb
Azərbaycan badmintonçuları Gürcüstanda 16 medal qazanıblar
Azərbaycan karateçisi İtaliyada bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər