İrpin meri Azərbaycanı təbrik edib: Nə azadlıq, nə də həqiqi dostluq təsadüfidir
Ukraynanın Kiyev vilayətinin İrpin şəhərinin meri Oleksandr Markuşın 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə edib.
“İrpin Azərbaycanı Respublika Günü münasibətilə təbrik edir!
28 may 1918-ci ildə müstəqil demokratik Azərbaycan Respublikası yaranıb – bu gün İrpin icmasının və bütün Ukraynanın həqiqi dostu və tərəfdaşı olan azad ölkənin təməli məhz bu gün qoyuldu”, – o yazıb.
O, Azərbaycanın dəstəyi ilə şəhərdə akademik Zərifə Əliyeva adına 12 nömrəli lisey bərpa edildiyini və istilik izolyasiyası ilə təmin edildiyini xatırladıb. Bundan başqa, İrpindəki poliklinikanında əsaslı təmir edildiyini qeyd edib.
“Qarşıda Azərbaycanda Prezidenti İlham Əliyevin dəstəyi ilə İrpinin həyatı və inkişafı üçün vacib olan obyektlər də daxil olmaqla yeni layihələr var”, – şəhər meri vurğulayıb.
O, “hörmət, dəstək və sarsılmaz mövqelərinə görə” Azərbaycan rəhbərliyinə, hökumətinə, xalqına və Ukraynadakı səfir Seymur Mərdəliyevə təşəkkürünü bildirib.
“Azadlıq heç vaxt təsadüfi olmur, eləcə də həqiqi dostluq.
Xalqınıza və ölkənizə, eləcə də tərəfdaşlığımıza firavanlıq arzulayıram.
Təbrik edirəm, Azərbaycan!”, – o yazıb.
Oxşar xəbərlər
Laçın və Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma sənədi imzalanıb - YENİLƏNİB
Litva XİN başçısı Azərbaycanı təbrik edib
Latviya Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
Niderland XİN-in idarə rəisi Azərbaycanı təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
