Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 32 milyon manat güzəştli kredit verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
17:30

Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 32 milyon manat güzəştli kredit verib

23 may, 2025
17:30
757

Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 32 milyon manat güzəştli kredit verib

Bu ilin yanvar-aprel aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1 707 müraciət üzrə 32,3 milyon manat güzəştli kredit verib.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, bunun 28,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 3,4 milyon manatı isə digər təyinatlı kreditlərdir.

Bundan başqa, 4 ay ərzində agentlik 673 baş damazlıq iribuynuzlu heyvanın alışına 2,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 39,4 milyon manat güzəşt vəsaiti ayırıb.

Bizimlə əlaqə saxlayın