

Liverpuldakı hadisə nəticəsində xəsarət alanların sayı 27-yə çatıb - VİDEO - YENİLƏNİB2
Liverpulda baş vermiş hadisə nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
APA xəbər verir ki, bu haqda şəhərin Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
***
23.10
Liverpulda avtomobili izdihamın üzərinə çırpan 53 yaşlı Böyük Britaniya vətəndaşı olub.
APA xəbər verir ki, bu haqda şəhər polisinin yaydığı məlumatda deyilir.
"Həbsdə olan şəxsin Liverpul bölgəsində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiq edə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün şərtləri müəyyən etmək üçün geniş araşdırmalar aparılır", - polis bildirib.
***
22:16
Liverpulda avtomobil insan izdihamına çırpılıb.
APA xəbər verir ki, bu haqda Liverpul polisi məlumat yayıb.
Belə ki, bir nəfər yerli futbol klubunun Premyer Liqa çempionluğunu qeyd edən insan kütləsinin üzərinə avtomobil sürüb.
Sürücü polis tərəfindən saxlanılıb. İnsan tələfatı ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.
“Daily Telegraph” qəzeti 17 nəfərin xəsarət aldığını yazıb.
Oxşar xəbərlər
Liverpulda avtomobili izdihamın üstünə sürən şəxsin kimliyi məlum olub - VİDEO - YENİLƏNİB
Liverpulda avtomobilin izdihamı vurması nəticəsində azı 27 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyada dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində yaralananların sayı 17-yə çatıb - VİDEO - YENİLƏNİB-1
Liverpulda sürücü avtomobili insanların üzərinə sürüb, xəsarət alanlar var
Britaniyada avtomobil insan izdihamının içindən keçib, 17 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
