Azərbaycan millisi Qran-priyə 11 cüdoçu ilə yollanacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan millisi Qran-priyə 11 cüdoçu ilə yollanacaq


Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-pri turniri üçün heyəti müəyyənləşib.

“Sizinxeber.az”un Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına istinadən məlumatına görə, yanvarın 26-28-da baş tutacaq yarışda 11 cüdoçu mübarizə aparacaq.

Baş məşqçi Rixard Trautmanın rəhbərliyi altında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq) ), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri (+100 kq) turnirdə mübarizə aparacaqlar.

Yarışın qalibi 700, ikincisi 490, üçüncü yeri tutan isə 350 reytinq xalı qazanacaq.

Qeyd edək ki, aadın cüdoçulardan ibarət Azərbaycan millisinin Qran-pri üçün heyəti yanvarın 6-da açıqlanıb.

Oxşar xəbərlər

Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti AÇIQLANDI
Maks Ferstappen Bakı Qran-prisində öz çıxışından razı qalmayıb
Tarixin ən nüfuzlu 50 futbolçusunun adı açıqlanıb - SİYAHI
ABŞ nüvə triadasının üçdə ikisi döyüşə hazır vəziyyətdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər