Tailand Kralı Azərbaycan Prezidentini təbrik edib
Tailand Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza rifah və firavanlıq diləyirəm.
Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə Tailand və Azərbaycan arasında dostluq əlaqələri, xüsusilə də ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq inkişaf etmişdir.
Əminəm ki, Zati-alinizin güclü dəstəyi ilə ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığımızın genişlənməsi istiqamətində daha çox uğur əldə edəcəyik".
Oxşar xəbərlər
Belçika Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Azərbaycan lideri Paraqvay Prezidentini təbrik edib
Prezident İlham Əliyev Keniya Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan dövlət başçısı Çexiya Prezidentini təbrik edib
İordaniya Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













