

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti AÇIQLANDI
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsinin son iki oyunu üçün heyəti müəyyənləşib. Oxu.Az xəbər verir ki, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib. Onlardan 9-u ölkə xaricində legioner həyatı yaşayır. Qapıçılar: Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə). Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan). Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland). Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə). Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə, 19-da isə səfərdə Belçika ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram”
AVRO-2024: Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq
Avropa Liqası: “Hakken” - “Qarabağ” oyunu başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
