Maks Ferstappen Bakı Qran-prisində öz çıxışından razı qalmayıb
sizinxeber.az xəbər saytı

Maks Ferstappen Bakı Qran-prisində öz çıxışından razı qalmayıb


"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasının pilotu Maks Ferstappen 2023 mövsümündə öz çıxışı barədə fikirlərini bölüşüb.

"Report" “Motorsport” nəşrinə istinadən xəbər verir ki, sürücü ən yaxşı və uğursuz hesab etdiyi Qran-pridən danışıb.

Təcrübəli idmançı Spa-Frankorşamda keçirilmiş Belçika Qran-prisində çox güclü həftəsonu keçirdiyini söyləyib. O, Yaponiya da yaxşı çıxış etdiyini bildirib: "Ən pis mərhələ isə Bakıda idi. Hadisələrin axarı mənim üçün uğurlu deyildi. Bundan razı qalmadım".

Qeyd edək ki, 2023 mövsümündə çempion olan Ferstappen 22 mərhələnin 19-da qalib gəlib. Aprelin 30-da baş tutan Azərbaycan Qran-prisində onun komanda yoldaşı Serxio Peres birinci yeri tutub. Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü yerlə kifayətlənib.

Oxşar xəbərlər

"Azərreyl"in baş məşqçisi: "Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq"
“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”
Azərbaycanın 6 qat Avropa çempionu: “Karyeramı bitirməyi hələ düşünmürəm”
“Qarabağ” həndbol klubunun baş məşqçisi: “Çempionatda 3 komanda eyni səviyyədədir”
“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər