Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər
sizinxeber.az xəbər saytı

Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər


Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri İtaliyanın Venesiya şəhərində dünya çempionatında iştirak edəcək.

"Sizinxeber.az" xəbər verir ki, yığmamız mundialda 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Bundan başqa Cahangir Babayev və Vüqar Kərimov hakim qismində Azərbaycanı təmsil edəcək.

Yığmamız yarışa Azərbaycan Karate Fedarasiasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, yarış oktyabrın 9-dan 13-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək
Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirə qatılacaqlar
Azərbaycanın güləş millisi dünya çempionatında iştirak edəcək
EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Litvaya yollanıb
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər