EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Litvaya yollanıb
sizinxeber.az xəbər saytı

EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Litvaya yollanıb


Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərinə yola düşüb.

“Sizinxeber.az” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 3-də Estoniyaya qarşı keçirəcək.

Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oxşar xəbərlər

Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan futzal millisi Niderlanda məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin ədalətli iqtisadi qloballaşmaya çağırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Voleybolçu qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər