“Yüksəliş” müsabiqəsi "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı olub
“Yüksəliş” müsabiqəsi 2025-ci il "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı elan olunaraq beynəlxalq səviyyədə mühüm uğura imza atıb.
"Report" xəbər verir ki, müsabiqədə finalçı statusu Azərbaycanın ilk növbədə kadr potensialının inkişafına, innovativ layihələrə verdiyi dəyərin və ölkədə tətbiq olunan yeni nəsil yanaşmaların dünya miqyasında tanındığını göstərir.
Müsabiqənin beynəlxalq platformalarda bu cür uğur qazanması isə gələcək inkişaf istiqamətləri üçün yeni imkanların qapısını açır.
Azərbaycan gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib: “Bu uğur Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Ehtiyat Bankına daha peşəkar mütəxəssislərin cəlb edilməsi yolunda atılan əhəmiyyətli addımdır.”
Xatırladaq ki, 2025-ci ildə mükafat 13 kateqoriya üzrə təqdim olunacaq. Növbəti mərhələdə isə artıq hər kateqoriya üzrə qaliblər elan ediləcək.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin kadr bankında 3109 nəfər var
Fərhad Hacıyev: V "Yüksəliş" müsabiqəsinə qeydiyyat sayı rekord həddə olub
2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək
Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin kadr bankı üçün artıq 45 dövlət qurumu müraciət edib
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













