Rusiya Ukraynanın 30 şəhər və kəndinə yüzlərlə raket atıb, ölənlər və yaralılar var
sizinxeber.az xəbər saytı

Rusiya Ukraynanın 30 şəhər və kəndinə yüzlərlə raket atıb, ölənlər və yaralılar var


Rusiya PUA və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya hava hücumu həyata keçirib.

Bu barədə “Report” Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Məlum olub ki, Rusiya hücumda 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, 55 ədəd Kh-101 və Kalibr qanadlı raketi, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketdən istifadə edib.

Qeyd olunub ki, raket və PUA-ların bir çoxu zərərsizləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.

Son məlumata görə, hücumlar nəticəsində 10-dan çox şəxs ölüb, 30-dan çox yerli sakin yaralanıb.

Oxşar xəbərlər

Rusiya ordusunun Poltavaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb
694-cü gün: Rusiyanın itkiləri açıqlandı
Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib
Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıb - YENİLƏNİB-2
Rusiyadan Ukraynaya kütləvi raket hücumu: Ölü və yaralıların sayı artdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər