Tacikistanda beynəlxalq tədbirdə Azərbaycanın AQEM-in çərçivəsindəki fəaliyyəti vurğulanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
23:00
0
0
1 024
ff aaaaaaa

Tacikistanda beynəlxalq tədbirdə Azərbaycanın AQEM-in çərçivəsindəki fəaliyyəti vurğulanıb

29 may, 2025
23:00
1 024

Tacikistanda beynəlxalq tədbirdə Azərbaycanın AQEM-in çərçivəsindəki fəaliyyəti vurğulanıb

Tacikistanın paytaxtı Düşənbə şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycan Sədrliyinin, habelə AQEM Katibliyinin təşkilatçılığı ilə “Su təhlükəsizliyi və iqlim dözümlülüyü: AQEM üzv dövlətlərində ətraf mühit çağırışlarının həlli” adlı tədbir keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbir Buzlaqların Qorunub Saxlanması üzrə Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanın AQEM sədrliyi və COP29 sədrliyi adından çıxışlar səslənib, ölkəmizin AQEM çərçivəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən ətraf mühit ölçüsünə verdiyi önəm vurğulanıb, COP29-un uğurlu nəticələri, eləcə də qlobal və regional səviyyədə su təhlükəsizliyi və əməkdaşlıq məsələrinə verdiyi töhfəsi ilə bağlı məlumat verilib.

İştirakçılar iqlim dəyişmələri nəticəsində buzlaqların əriməsinin sürətlənməsinin su təhlükəsizliyinə təsiri ilə bağlı müzakirələr aparıb, iqlim adaptasiyası və uzunmüddətli dayanıqlılığın vacibliyini vurğulayıblar. Su mənbələrinin effektiv idarə edilməsi istiqamətində əməkdaşlıq və birgə fəaliyyətin önəmini diqqətə çatdırıblar.

Həmçinin, AQEM üzv dövlətlərinin yerləşdiyi regionda iqlim dəyişmələrindən irəli gələn su təhlükəsizliyi ilə bağlı çağırışlar və onların həlli yolları, eləcə də su sahəsində idarəçiliyin ərzaq təhlükəsizliyinə təsiri barədə təqdimatlar edilib.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul