Bakıda maşın vuran 9 yaşlı uşağın vəziyyəti məlum olub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
22:50

Bakıda maşın vuran 9 yaşlı uşağın vəziyyəti məlum olub - YENİLƏNİB

29 may, 2025
22:50
341

Bakıda maşın vuran 9 yaşlı uşağın vəziyyəti məlum olub - YENİLƏNİB

29 may 2025-ci il tarixində piyadavurma hadisəsi səbəbi ilə xəsarət almış 9 yaşlı şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, yaralıya zəruri tibbi xidmətlər göstərilib, müayinələrdən keçirilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.


***
19:57


Bakıda azyaşlını maşın vurub.

Sizinxeber.az xəbər verir ki, hadisənin Parlament prospektində, 20 saylı məktəbin qarşısında baş verdiyi bildirilir.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, mayın 29-da aat 18:50 radələrində Səbail rayonu, Parlament prospekti ərazisindən təcili tibbi yardım xidmətinə piyadavurma hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 9 yaşlı (kişi cinslli) şəxsə yerində zəruri tibbi xidmət göstərilib və qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Bizimlə əlaqə saxlayın