KİV: Britaniya dəmir yollarının yenidən milliləşdirilməsinə başlayıb
sizinxeber.az xəbər saytı

KİV: Britaniya dəmir yollarının yenidən milliləşdirilməsinə başlayıb


Britaniya dəmir yollarının yenidən milliləşdirilməsinə başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ITV telekanalı məlumat yayıb.

Hələ müxalifətdə olarkən Leyboristlər Partiyası hakimiyyətə gəldiyi təqdirdə dəmir yollarını milliləşdirmək planlarını açıqlamışdı. İyulda seçkilərdə qələbə qazandıqdan dərhal sonra leyboristlər bunu "mümkün qədər tez" etmək niyyətində olduqlarını bildiriblər. Britaniyada dəmir yolları 1990-cı illərdə özəlləşdirilmişdi.

"Dəmir yolu xidmətlərinin yenidən milliləşdirilməsi başlayıb", - telekanal qeyd edir.

Telekanalın məlumatına görə, ilk olaraq "South Western Railway" şirkəti milliləşdirilib, onun ardınca digərləri də gələcək.

2024-cü ilin sonunda Britaniya hakimiyyəti ölkənin bütün dəmir yollarının üç il ərzində milliləşdirilməsini gözlədiklərini bəyan edib.

Oxşar xəbərlər

Azərbaycan bu ilin sonuna qədər dəmir yollarının elektrikləşdirilməsini tamamlayacaq
Bakıda dəmir yollarının təhkim zolaqları tullantılardan təmizlənib
Azərbaycan İranla Ağbənd-Salam-Məlik dəmir yolu xətti üzrə ən uyğun marşrut xəttini razılaşdırıb
UIC-in sədri: "Dəmir yolu infrastrukturlarına sərmayələr artırılmalıdır"
Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlərin vəziyyəti açıqlanıb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər