29
may
2025
22:00

yuxarı
Monteneqro millisinin üzvü dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyir

Monteneqro millisinin üzvü dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyir
Dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyərdim.
Bunu "Report"a açıqlamasında minifutbol üzrə Monteneqro millisinin oyunçusu Qoran Nenezic deyib.
O, Bakıda təşkil olunan mundialın 1/4 final mərhələsində Çexiyaya qalib gəldikləri oyun barədə danışıb:
"Bizim üçün çətin görüş alındı. Əsasən oyunumuzu müdafiədən qururduq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq. Çexiya çox güclü komandadır. Yarımfinaldakı rəqibimiz İngiltərə - Azərbaycan cütünün qalibi olacaq. Açığı, ev sahibi olan Azərbaycanla qarşılaşmaq maraqlı olardı".
Qeyd edək ki, Monteneqro yığması 1/4 finalda Çexiya seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.