Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq yarışda iştirak edəcəklər
sizinxeber.az xəbər saytı

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq yarışda iştirak edəcəklər


Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.

"Report"un məlumatına görə, yığma bu məqsədlə Gürcüstana yollanıb.

Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində 10 idmançı bacarığını göstərəcək.

Baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova, Yağmur Məmmədli və Şəbnəm Mansurova etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edirlər
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
Azərbaycanın stolüstü tennisçiləri Fransada təlim-məşq toplanışına qatılacaqlar
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər