Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinə cəza istənilib - FOTO
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edib. O, Zaur Əsgərov və Gündüz Mirzəyevin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təklif edib ki, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər.
Vəkil Nemət Kərimli çıxış edərək onların əməlində açıq çağırış olmadığını bildirib və müdafiə etdiyi Zaur Əsgərovun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Digər vəkil Əsgəran Muradov çıxış üçün vaxt istəyib.
Növbəti proses iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
Oxşar xəbərlər
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinin məhkəməsi başlayıb
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzlərinin məhkəməsində ittiham aktı elan olunub
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinin məhkəməsi başlayır
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə ittiham edilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











