Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlərlə bağlı media-tur təşkil olunub - FOTO
sizinxeber.az xəbər saytı

Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlərlə bağlı media-tur təşkil olunub - FOTO


Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlərlə bağlı media-tur

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə bağlı media-tur təşkil olunub.

APA-nın Şirvan bürosu xəbər verir ki, media nümayəndələrinə layihə barədə məlumat verilib.

Layihə üzrə işlərin 70 faizi icra edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı Asim Məmmədli jurnalistlərə bildirilib ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur.

Körpüdə işlərin 40 faizi yerinə yetirilib

Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir.

Qeyd olunub ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub.

Oxşar xəbərlər

Prezident Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub - FOTO - YENİLƏNİB
Prezident Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub
Media nümayəndələri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və tuneldə görülən işlərlə tanış olublar - FOTO
Prezident Toğanalı-Kəlbəcər-İstisu yolundakı 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olub - YENİLƏNİB
Bu yollar buz bağlayıb - Siyahı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər