Laçında inşa olunacaq kanat yolu saatda 800 sərnişinə xidmət edəcək
Laçında inşa olunacaq kanat yolunun saatda 800 sərnişinə xidmət etməsi nəzərdə tutulub.
Bunu Prezidentin izi ilə Laçına təşkil olunmuş mediatur çərçivəsində “Sizinxeber.az”un Laçına ezam edilmiş əməkdaşına açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) mətbuat katibi Tural Orucov deyib.
Onun sözlərinə görə, kanat yolunun inşası zamanı rayonun təbiəti və xüsusilə relyefi nəzərə alınıb:
"Laçında inşa ediləcək kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Rayona turist cəlb etmək baxımından bu layihə ideal hesab edilir. Kanat yolunun inşası zamanı rayonun təbiəti və xüsusilə relyefi nəzərə alınıb.
Layihəyə əsasən, kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq. Ümumilikdə 17 kabinədən ibarət olacaq kanat yolunun hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Kanat yolunun yerləşdiyi və uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında sosial-infrastruktur layihələrlə yanaşı, rayonun turizm infrastrukturuna da xüsusi diqqət yetirilir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub
İlham Əliyev: Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik
Prezident Balakəndə sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı 5 milyon manat ayırıb
Prezident İlham Əliyev: Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













