

Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman paytaxtı Qubada "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb.
"Report"un məlumatına görə, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində keçirilən toplantıda "Gənclərin liderlik, idarəetmə və effektivlik simulyasiyası" təşkil edilib.
Tədbirdə 15 universiteti təmsil edən 30-dan çox gənc, eləcə də idman səfirləri, Azərbaycan İdman Akademiyasının prorektorları iştirak ediblər.
Gənclər “Beynəlxalq idman diplomatiyası: Qlobal sülh və inkişaf üçün idmanın rolu”, idman tədbirlərinin və idman diplomatiyasının ölkələrarası münasibətlərə təsiri, konfliktlərin azaldılması və qlobal inkişaf məqsədləri barədə çıxışlar hazırlayıb, müzakirələr aparıblar.
Layihənin məqsədi gənclər arasında idman sahəsi üzrə maarifləndirmənin aparılması, natiqlik, əsaslandırma, təqdimat sahəsində biliklərini artırmaq, onlarda idman vasitəsilə komanda işi, liderlik və əzmkarlıq kimi əsas bacarıqları inkişaf etdirməkdir.
Avqustun 18-dək idman liderliyi, komanda quruculuğu üzrə təlim sessiyaları, enercayzerlər, qrup müzakirələri, rol oyunları, simulyativ xarakterli iclaslar, açılış və bağlanış mərasimi baş tutacaq.
Oxşar xəbərlər
Fərid Qayıbov: 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq
Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komanda üzvlərinin reytinqini açıqlayıb
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi işdən azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
