Tramp administrasiyası mühacirlərin Cənubi Sudana deportasiyasına qoyulan qadağaya etiraz edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
04:00

Tramp administrasiyası mühacirlərin Cənubi Sudana deportasiyasına qoyulan qadağaya etiraz edib

28 may, 2025
04:00
539

Tramp administrasiyası mühacirlərin Cənubi Sudana deportasiyasına qoyulan qadağaya etiraz edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmədən Cənubi Sudana deportasiya edilən qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını ləğv etməyi xahiş edib.

“Report” xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, qeyri-qanuni mühacirlərin deportasiyasına qoyulan qadağa ölkənin xarici siyasətinə əhəmiyyətli və bərpası mümkün olmayan ziyan vuracaq.

Massaçusets ştatının federal dairə məhkəməsi mayın 21-də Cənubi Sudana deportasiya edilmiş qeyri-qanuni miqrantların Birləşmiş Ştatlara qaytarılmasına qərar verib. Onlar ağır cinayətlərdə ittiham olunurlar və ailələri onları geri almaqdan imtina ediblər.

Bizimlə əlaqə saxlayın