İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
03:30

İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb

28 may, 2025
03:30
653

İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb

İsrail Qəzza zolağında keçirdiyi hərbi əməliyyat zamanı ABŞ-dan 90 tondan çox hərbi təchizat alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, mayın 27-də səhər saatlarında Amerika hərbi texnikasını daşıyan 800-cü təyyarə İsrailə gəlib.

İsrail hava tədarükü ilə yanaşı, bu müddət ərzində ABŞ-dən 140-a yaxın hərbi yük daşıyan gəmi də gəlib. Rəsmi Tel-Əviv Amerika müttəfiqlərindən sursat, zirehli maşınlar, qoruyucu vasitələr və dərmanlar alıb.

Müdafiə Nazirliyi bu tədarükləri İsrail ordusunun əməliyyatlarının davamlılığını qorumaq, qarşısına qoyulan tapşırıqları yerinə yetirmək və döyüş hazırlığını gücləndirmək üçün həyati vacib adlandırıb.

Bizimlə əlaqə saxlayın