Alfonso Dominqes: Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir
sizinxeber.az xəbər saytı

Alfonso Dominqes: Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir


Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir.

"Report"un Parisə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk qələbəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

1/8 finalda kubalı Xulio Sesar la Krusa qalib gələn idmançı sevincli olduğunu bildirib:

"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır".

Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, 1/4 finalda Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır
Boksçumuz növbəti mərhələyə yüksəldi
Azərbaycan boksçularının Paris-2024-də rəqibləri müəyyənləşib
Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb
"Neftçi"nin yeni baş məşqçisi: "Burada hansı hədəflərin olduğunu bilirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər