Prezidentin nümayəndəsi: Bu il Xəzəryanı ölkələrin ekologiya nazirlərinin görüşü keçirilə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
16:30

Prezidentin nümayəndəsi: Bu il Xəzəryanı ölkələrin ekologiya nazirlərinin görüşü keçirilə bilər

29 may, 2025
16:30
586

Prezidentin nümayəndəsi: Bu il Xəzəryanı ölkələrin ekologiya nazirlərinin görüşü keçirilə bilər

Xəzəryanı ölkələrin ekologiya nazirlərinin görüşü 2025-ci ildə keçirilə bilər.

Bu barədə “Report”un Qazaxıstan bürosuna Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, görüşün dəqiq vaxtı hələ müəyyən edilməyib.

Azərbaycan Prezidentinin nümayəndəsi əlavə edib ki, Xəzər dənizinin çirklənməsinin monitorinqi və qiymətləndirilməsi üzrə Tehran Konvensiyası çərçivəsində işçi qrupun növbəti görüşünün də keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın