Neftçalada fərdi evdəki partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
22:00

Neftçalada fərdi evdəki partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

28 may, 2025
22:00
491

Neftçalada fərdi evdəki partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs vəfat edib.

“Report”un Aran bürosunun məlumatına görə, xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, partlayış nəticəsində onun qardaşı, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

14:35

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə evdə təmir işləri aparılan zaman baş verib.

Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.

Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.

120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

14:01

Neftçalada fərdi ev yanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğluna məxsus fərdi yaşayış evi anidən yanmağa başlayıb. Yanğın əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb. Buna baxmayaraq, ev sahibi B.Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın