"Bakı Marafonu 2026" başlayır
sizinxeber.az xəbər saytı

"Bakı Marafonu 2026" başlayır


Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026"ya start veriləcək.

"Report" xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri də qələbə uğrunda yarışır.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürəcək və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.

Oxşar xəbərlər

"Bakı Marafonu 2026": 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
Bakı Marafonu 2025”-ə start verilib - FOTOLENT
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib - FOTOLENT - YENİLƏNİB
"Bakı Marafonu"nda rekord iştirakçı qeydiyyatdan keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər