"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB


Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

"Sizinxeber.az"un məlumatına görə, 26 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Muhiddin Asadulloyevə uduzub.

R.Məmmədəliyev bürünc mükafat qazanmaq üçün digər tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.

"Sizinxeber.az"un məlumatına görə, bu gün Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.

26 yaşlı idmançı 1/8 finalda Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Oxşar xəbərlər

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır
"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurublar - YENİLƏNİB
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - YENİLƏNİB
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu finala yüksəlib, digəri bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər