Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri bəlli olub
sizinxeber.az xəbər saytı

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri bəlli olub


Mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

"Sizinxeber.az" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mərasimdə idmançılarımızın da ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

Kişilər

60 kq, 1/8 final

Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

66 kq, 1/8 final

Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)

İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

73 kq, 1/8 final

Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final

Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)

Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)

"Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki rəqibləri bəlli olub
Azərbaycan cüdoçularının Monqolustanda keçiriləcək "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının Böyük Dəbilqə turnirindəki ilk rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər