"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır
sizinxeber.az xəbər saytı

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır


Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə start verəcək.

"Sizinxeber.az"un məlumatına görə, Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.

26 yaşlı idmançı 1/8 final mərhələsində Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri bəlli olub
"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurublar - YENİLƏNİB
"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - YENİLƏNİB
"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər