Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.
"Sizinxeber.az" xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin ardınca sərbəst güləş üzrə yığmamız da Avropa zirvəsini fəth edib.
3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.
Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.
Millimiz Albaniyada medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.
Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşi millisi İtaliyada Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşi üzrə millisi İtaliyada Avropa çempionu olub
Sərbəst güləş millimiz Avropa ikincisi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
