Braziliyalı triatlonçu Mara Flaviya Araujo Texasdakı yarışda boğularaq vəfat edib
sizinxeber.az xəbər saytı

Braziliyalı triatlonçu Mara Flaviya Araujo Texasdakı yarışda boğularaq vəfat edib


Braziliyalı triatlonçu Mara Flaviya Araujo Texasda keçirilən "Ironman" yarışında üzgüçülük mərhələsi zamanı boğularaq vəfat edib.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, hadisə Vudlends gölündə baş verib.

38 yaşlı Araujonun yoxa çıxması barədə yerli vaxtla səhər saatlarında məlumat daxil olub. Yarışın təhlükəsizlik qrupuna daxil olan xilasedici qayıq dərhal axtarışlara başlayıb. Xilasedicilər üzgəclərdən birinin yaxınlığında itkin düşən idmançının axtarışı ilə bağlı siqnal alıblar.

İdmançının cəsədi təxminən 3 metr dərinlikdə aşkar edilib. Dalğıclar onu suyun üzünə çıxararaq sahilə çatdırıblar.

Qeyd edək ki, M.F.Araujo triatlonla 2019-cu ildən məşğul olmağa başlayıb. O, 2022-ci ildə "Triatlo Brasilia" yarışında üçüncü yeri tutub, iki dəfə "GP Brasil"in qalibi olub və iki dəfə "Ironman 70.3" dünya çempionatına vəsiqə qazanıb.

Oxşar xəbərlər

Rusiyalı triatlonçu yarış zamanı dünyasını dəyişib
Rusiyada triatlonçu yarış zamanı vəfat edib
Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan güləşçi 44 yaşında vəfat edib
Belçikalı triatlonçu Senadakı yarışdan sonra infeksiyaya yoluxub, xəstəxanaya yerləşdirilib
Ailəsi daş uçqununa məruz qalan olimpiya çempionunun ölümünü təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər