Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan güləşçi 44 yaşında vəfat edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
16:30
0
0
2 257
ff aaaaaaa

Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan güləşçi 44 yaşında vəfat edib

19 iy, 2025
16:30
2 257

Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan güləşçi 44 yaşında vəfat edib

Qadın güləşi üzrə Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan Hitomi Obara 44 yaşında vəfat edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) mətbuat xidməti məlumat yayıb.

Yaponiyalı idmançının vəfatının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Obara 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Olimpiadada 48 kq çəki dərəcəsində qalib olub. Bundan başqa o, müxtəlif illərdə 8 dəfə dünya çempionatının qızıl medalını qazanıb.

Adı 2022-ci ilin sentyabrında UWW Şöhrət Zalına daxil edilən H.Obara 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya hazırlaşan qadınlardan ibarət Yaponiya millisinin məşqçilər korpusunda yer almışdı.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul